Turizm xidmətində bələdçi faktoru


Azərbaycan turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çoxfaktorlardan asılıdır.
   Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərinbələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır.
  
   Ekskursiya xidmətinin keyfiyyəti bələdçilərin peşə hazırlığından asılıdır
  
   Respublika Turizm  Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimov deyir kiekskursiya xidməti turistlərə təqdim edilən kompleks xidmətin ayrılmaz hissəsidir. Bu, həm yerli turistlərhəm ölkəmizə gələn xarici turistlər üçün eyni dərəcədə gərəklidir: «Turizm sektorunda ekskursiya xidməti mühüm əhəmiyyət kəsb edirBu xidmət informasiya-məlumatlandırıcıtəbliğat vasitəsi olmaqla yanaşıhəmçinin təşkilativasitəçiticarətidman-əyləncəbəzi hallarda operativ-nəzarət fəaliyyətini  əhatə edir. Yaxın məsafəli  qısa müddətli səyahətlər zamanı ekskursiya fəaliyyəti məhdudlaşır  turistləryalnız gəldiyi yerin tarixi  mədəni obyektləri ilə tanış ola bilirlərBelə halda informasiya-məlumatlandırıcı  reklam-təbliğat işi üstünlük təşkil edir. Uzun müddətli səyahətlər zamanı isə ekskursiyaxidməti kompleks fəaliyyətdən ibarət olur. Təşkil olunmuş tədbirlərin proqram  tərkibindən asılı olaraq bələdçilər bu işdə mühüm rol oynayırlar. Ekskursiya bələdçisi tədbirin əsas təşkilatçısı  icraçısıolurturistlər hər hansı bir obyektəmuzeyə baş çəkdiyi zaman o, tərcüməçi kimi  çıxış edir».
   Ekskursiya xidmətinin keyfiyyəti bu gün ilk növbədə bu sahədə çalışan mütəxəssislərin ixtisas səviyyəsipeşə bilikləritəcrübəsitəşkilatçılıq bacarığı ilə müəyyən edilir. Böyük bədii qalereyalar,ixtisaslaşmış muzeylərsərgi salonlarıyarmarkalar  digər turizm müəssisələri öz işini mükəmməl bilən ixtisaslı ekskursiya bələdçilərinin xidmətlərindən istifadə edirlər.
   Həmsöhbətimiz deyir kiturist qrupunda ekskursiyaçıların sayıonun tərkibituristlərin milli mənsubiyyəti  ekskursiya xidmətinin keyfiyyətinə təsir göstərir: «Kiçik qrupu idarə etmək daha asandır belə qrupa yaxşı nəzarət etmək olurƏksinəböyük qruplara rəhbərlik etmək çətinləşir. Belə halda turistlərin bir qismi üçün bədii qalereyadigərləri üçün tarixi abidələrüçüncülər üçün isə ticarətobyektləri maraqlı ola bilərHamının istəyini yerinə yetirmək üçün ekskursiya bələdçisi bir növ dirijor rolunu ifa etməli  vaxtı elə bölüşdürməlidir kihər bir turist öz xüsusi istehlakçı zövqünü təmin etsinyəni istədiyi yerə gedə bilsinistədiyini görə bilsin. Belə hallarda yüksək xidmət səviyyəsini saxlamaq üçün ekskursiya bələdçisindən səbryüksək ünsiyyət mədəniyyəti  nəzakət tələb olunur».
  
   Qarşılanma - turistlər üçün ilk təəssürat
  
   Mütəxəssisin fikrincəekskursiya xidmətinin keyfiyyəti turist qruplarının qəbulu  yola salınmasıturistlərin yerləşdirilməsiqidalanmasıonların ekskursiyalarda  digər tədbirlərdə iştirakı iləmüəyyən olunur: «Ekskursiya bələdçiləri turistlərə göstərilən əsas  əlavə xidmətlər haqqında məlumatlarlaqrup rəhbərinin hüquq  vəzifələrituristlərin turizm kompleksində qalma proqramı  digərsənədlərlə yaxından tanış olmalıdırlarBundan əlavəbələdçilər turistlərin gəlmə gününüvaxtı  yerinituristləri ölkəyəəraziyə gətirən nəqliyyatın növünüqrupu qarşılayan nəqliyyatıyerləşdiyimehmanxananın adınıünvanını  təşkil olunmuş turist qruplarının xidmətinə aid olan hər bir şeyi bilməlidir».
   Turistlərdə gəldiyi ölkənin qonaqpərvərliyi haqqında ilk təəssürat onların qarşılanması zamanı yaranır. Bu mərhələdə turistlər onlara tanış olmayan mühitə düşür  ölkənin dilini bilmədikləri üçünsərhəd  gömrük işçiləri ilə münasibətlərdə çətinlik çəkirlərS.Rəhimovun dediyinə görəbu halda da onların köməyinə bələdçi gəlməlibütün məsələlərin həllində turistlərə yardımçı olmalıdır: «Turizmiqtisadi proseslərin üstünlük təşkil etdiyi sahədirBu, ekskursiya bələdçisindən nəinki zəngin ümumi mədəniyyətəhəm  əsaslı iqtisadi hazırlığa malik olmağı tələb edir. Çünki o, müəyyən marşrut üzrəsəyahət proqramınıekskursiya qiymət cədvəlinimaliyyə hesabatlarını tərtib etməyi bacarmalıdır.
   Bələdçinin xarici dil hazırlığı da əsas şərtdirəks halda, o, xarici turistlərlə birbaşa əlaqə yarada bilməz. Bələdçi  qədər çox dil bilirsəturizm mütəxəssisi kimi öz ölkəsinin nüfuzunu daha dayüksəltmiş olur.
   Bələdçi üçün xarici turistlərin milli istehlakınımədəni məişətiniadət  ənənələrini bilmək çox önəmlidir. Ekskursiya xidməti prosesində o, qrupun sosial-psixoloji durumu ilə yaxından tanışolmalıdırÇünki vaxtında turistlərin zövqlərinəistəklərinə  əhval-ruhiyyəsinə öz münasibətini bildirməlidir. Bir sözləturistlərə göstərilən xidmətlərin səviyyəsi bələdçinin bilik  təcrübəsindən çoxasılıdır».
  

   Fəxriyyə Abdullayeva

   Mədəniyyət.- 2010.- 14 iyul.- S. 8.