
- Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür. (Cübran)
- Başlama, başladınsa, başa çatdır. (Əbu Turxan)
- Bir bütöv iş yüz yarımçıqdan üstündür. (Əbu Turxan)
- Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
- Bizdən qabaqdadır avropalılar,
İşi iş bilənə tapşırır onlar. (Şəhriyar)
- Böyük iş kiçik işlərin toplanmasından yaranmır. Böyük iş üçün böyük ideya lazımdır. (Əbu Turxan)
- Böyük işləri vəd vermədən həyata keçirin. (Pifaqor)
- Böyük məqsədə çata bilmək üçün kiçik məqsədlərdən imtina etməyi bacarmaq lazımdır. (Əbu Turxan)
- Bu gün keçmiş nəsillərin gördükləri böyük işlər əvvəllər bir insanın ağlında gizli yaranan bir fikir olub. (Cübran)
- Çalışmayana Allah da yardım etməz. (Sofokl)
- Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. (Jan Jak Russo)
- Darıxma iş görünsə bir qaranlıq quyuda
Çünki qaranlıqdadır o dirilik suyu da. (Sədi Şirazi)
- Dünyada heç bir böyük iş ehtirassız görülə bilməz. (Georq Vilhelm Fridrix Hegel)
- Düşüncə və zəhmətin barı tez yetişmir. (Vovenarq)
- Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. (Nəsirəddin Tusi)
- Əgər səhv etməsəydim, çox az iş görə bilərdim. (Qabriel Marsel)
- Ehtiyatlı olmaq gözəl bir şeydir, lakin bilmək lazımdır ki, hətta tısbağa belə irəli getməyi üçün başını möhkəm çanağının içindən çıxartmaq məcburiyyəti qarşısındadır. (Rövşən Abdullaoğlu)
- Əlindən iş gələn – iş görür, iş gəlməyən – başqalarını öyrədir. (Corc Bernard Şou)
- Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. (Bencamin Franklin)
- Ən böyük çətinliklər onları gözləmədiyimiz yerdən çıxır. (İohann Volfqanq Göte)
- Ən ləng insan da, əgər məqsədli iş görürsə, məqsədsiz dolaşan insandan daha cəld gedir. (Doris Lessinq)
- Ən pis memar ən yaxşı arıdan onunla fərqlənir ki, mumdan pətək hazırlamamışdan öncə o onu öz beynində artıq hazırlayıb. (Karl Marks)
- Ən şirin meyvə öz zəhmətimizin meyvəsidir. (Vovenarq)
- Eyni nəticəyə müxtəlif yollarla gəlmək olar. Məharət bu yolların ən qısasını seçə bilməkdədir. (Əbu Turxan)
- Gözüaçıq olmayan insanlar məqsədə çatmayan yox, ondan yan keçən insanlardır. (Fransua de Laroşfuko)
- Hədəfə yaxınlaşdıqca çətinliklər artar. (İohann Volfqanq Göte)
- Hər hansı bir məqsədə ciddi can atmaq ona nail olmağın yarısıdır. (Humboldt)
- Hər hansı iş hərəkətsizlikdən yaxşıdır. (Demokrit)
- Hər işin canı axıra çatdırılmağındadır. (Çingiz xan)
- Hər ümidsiz işdə xeyli ümid var,
Qaranlıq gecədən ağ səhər doğar. (Nizami Gəncəvi)
- Heyrətlənmək üçün bir an kifayətdir; heyrətamiz bir iş görmək üçün isə illər lazımdır. (Helvetsi)
- İlk başlanğıc əməldir, işdir. (İohann Volfqanq Göte)
- İnsan işlərini tamamlamaq barədə dara düşəndə yox, genişlikdə düşünməlidir. (Əbu Turxan)
- İnsan özünə əyləncə və məşğuliyyət tapa bilməyəndə, başqalarını əyləndirməyə başlayır. (Vovenarq)
- İş bekarçılıqdan gələn nöqsanları aradan qaldırır. (Kiçik Seneka)
- İş iki gözlə görülməlidir; biri ayağın altını seçməli, o biri həmişə hədəfə baxmalıdır. (Əbu Turxan)
- İşgüzar adamlar işdən çox, işsizlikdən yorulurlar. (Vovenarq)
- Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq yüz papaqçıdan. (Nizami Gəncəvi)
- Kiçik işlərdə də böyük olmaq lazımdır. (Andre Morua)
- Kiçik işlərdə həddən artıq canfəşanlıq edənlər böyük işlərə yaramırlar. (Fransua de Laroşfuko)
- Kiçik planlar böyük planlardan kənarda yox, onların tərkib hissəsi kimi qurulmalıdır. (Əbu Turxan)
- Kişi bir sənəti bilər xalis,
Çoxuna meyl edən qalar naqis. (Seyid Əzim)
- Mən işləməyi özüm üçün həm də əyləncə sayıram. (Tomas Edison)
- Məqsəd yoxdursa, heç nə edə bilməzsən.
Məqsəd dəyərsizdirsə, böyük bir iş görə bilməzsən. (Deni Didro)
- Məqsədə gedən yolda çox qurbanlar vermək olar; məqsədin özündən başqa! (Əbu Turxan)
- Məqsədə yalnız o zaman çatmaq olar ki, vasitənin canına məqsədin öz təbiəti işləmiş olsun. (Lassal)
- Müxtəlif yollarla gedən insanlar bir yerdə işləyə bilməzlər. (Konfutsi)
- Nəhəng işlər nəhəng vasitələrlə həyata keçirilir. (A.İ.Gertsen)
- Öküzün gücü böyürməsinə görə yox, iş vaxtı üzə çıxır. (Rəsul Həmzətov)
- Öz eləyə biləcəkləri işi bizim görməyimizlə adamlara yardımçı ola bilmərik. (Avraam Linkoln)
- Ruzi yalnız elmlə əldə edilsəydi, cahildən pis yaşayan olmazdı. (Sədi Şirazi)
- Səbir ilə yaranar hər böyük zəfər. (Səməd Vurğun)
- Səbir və zaman güc və ehtirasdan daha böyük işlər görür. (Lafonten)
- Səhv etməkdən qorxan heç bir işə başlaya bilməz. (Əbu Turxan)
- Tənbəllər həmişə nə isə etmək niyyətində olurlar. (Vovenarq)
- Torpağa mərhəmət xeyirdir, inan
Lütf etsən gül verər, zülm etsən – tikan. (Nizami Gəncəvi)
- Yalnız uduzulmuş hesab etdiyin işi qəti olaraq uduzursan. (Anatol Frans)
- Yarımçıq iş heç iş görməməkdən daha pisdir. (Əbu Turxan)
- Yarımçıqlar toplana bilmir. (Əbu Turxan)
- Zərif ağ ipək qara işlərdən (toxunuşdan) yaranır. (Mənsur Həllac)